Xəbər lenti

Buzlaqların altından 40 min illik bitki qalıqları tapıldı
Dünya 19:40 31.01.2019

Buzlaqların altından 40 min illik bitki qalıqları tapıldı

Kanadanın Alberta əyalətində yerləşən Baffin adasında 40 min il əvvələ aid bitki qalıqları tapılıb.

Qaynarinfo xəbər verir ki, qlobal istiləşmə ilə əlaqədar əriyən buzlaqların yerləşdiyi ərazilərdə 48 bitki qalığı tapılıb. Kolorado Universitetindən olan mütəxəssislərin həyata keçirdiyi ilkin tədqiqat bitkilərin 40 min il əvvələ aid olduğunu müəyyənləşdirib. Lakin bildirilir ki, qalıqların 115 min il yaşa sahib olma ehtimalı da var. 

Tədqiqat prosesinin sonunda min illər əvvələ aid bitkilərin xüsusiyyətləri barədə məlumatlar əldə edilə bilər.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->