Nobel Sülh Mükafatı laureatı, BMT baş katibinin iqlim dəyişikliyi üzrə keçmiş müşaviri Rae Kvon Çunq "RİA Novosti"yə müsahibəsində bildirib ki, bəşəriyyət əbədi buzlaqlarıb əriməsi nəticəsində yayıla biləcək viruslara hazır deyil.
Qaynarinfo xəbər verir ki, nümunə olaraq, o, əbədi buzda yaşaya bilən qarayara sporlarını göstərib.
"Mən belə düşünürəm, çünki orada hansı virusların olduğunu belə bilmirik", deyə Çunq bildirib.
O əlavə edib ki, oxşar naməlum viruslar Qrenlandiyada, Kanadanın şimalında və Rusiyada daimi donmuş ərazilərdə yaşaya və buzlar əridikcə yayıla bilər, bəşəriyyət isə onlarla mübarizə aparmağa hazır deyil.
Aydın
Şərhlər