"Buzzcocks" pank rok qrupunun yaradıcısı və solisti Pit Şelley vəfat edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Estoniyada yaşayan 63 yaşlı sənətçi infarkt səbəbindən dünyasını dəyişib.
Şelley 1976-cı ildə Havard Devoto ilə birgə "Buzzcocks"u yaradıb. Devoto 1 il sonra qrupdan ayrılıb. Şelley isə 1981-ci ildə başqa bir şirkətlə əməkdaşlıq etdiyi üçün, qrup fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Lakin 1989-cu ildə o, yenidən qrupu bir yerə toplayıb. "Buzzcocks"un "The Way" adlı albomu 2014-cü ildə satışa çıxarılıb.
Qrupun ən məşhur ifası "Ever Fallen In Love"dir. İfa 1978-də yazılıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər