İdman 16:28 07.03.2021

Böyük Dəbilqə: Daha bir cüdoçumuz medal qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanıb.

Qaynarinfo-nun məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Bu, Azərbaycanın Böyük Dəbilqədə ikinci medalı olub. Martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.