20-ci əsrdə ortaya çıxan Böyük Partlayış nəzəriyyəsi "Big Bang Theory" hələ də kainatımızın yaranması ilə bağlı suala tam cavab vermir. Axı, elm adamlarının hələ də bu suala cavabı yoxdur: Böyük Partlayışdan əvvəl nə olub və onun başlanmasına səbəb nə olmuşdu?
Qaynarinfo xatırladır ki, mövcud kosmoloji modelə görə, kainatın tarixi, "Big Bang”ın başladığı andan başlayır.
İndi isə Braziliyadan olan fiziklər bu epik hadisədən əvvəl olanlar haqqında nəzəriyyələrini bölüşüblər. Onlar fikirlərini «Physics of the Dark Universe» ("Qaranlıq Kainatın Fizikası”) jurnalında nəşr etdirib. Məqalədə vurğulanır ki, alimlər arasında "Big Bang”dan əvvəl bir ilkin vakuumun və ya "heç bir şeyin" olmasına inamla bağlı bir növ sözsüz bir razılaşma mövcuddur.
Populyar "Big Bang” nəzəriyyəsi partlayışdan əvvəl baş verən hadisələrin modelini yaratmağa imkan vermir. Buna görə alimlər dəqiq nəyin partladığını və bunun niyə baş verdiyini bilmirlər. Braziliyalı elm adamlarının bu mövzuda iki əsas fərziyyəsi var: "Kainatın yoxdan yaranması" və "simmetrik nisbiilik".
Bu fərziyyələrin ətraflı öyrənilməsi çox vacib bir nəticəyə gətirib çıxarır – "Big Bang”ın başlaması təsadüfi deyil. Buna görə cavab tapmaq lazım olan sual:
Kainatın yaranmasının bu epik anının arxasında Kim və ya Nə dayanır? Bütün bunları nəzərə alsaq, "Big Bang”ı bu proses hansısa bir qüvvənin planı olduğu halda fəlakət adlandırmaq mümkün deyil.
Alimlərin fikrincə, bütün hallarda Böyük Partlayışdan əvvəl nəsə vardısa, onda tamamilə fərqli bir sual yaranır: bu Partlayış həqiqətən baş veribmi? Ancaq müasir alimlər üçün Kainatda gedən prosesləri modelləşdirərkən üzərində dayanmaq istədiyimiz bu istinad nöqtəsi yoxa çıxdığı halda bu fərziyyəni qəbul etmək çox çətindir.
Alpər
Şərhlər