Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi - NASA tərəfindən paylaşılan bir xəritə qorxulu bir reallığı gün üzünə çıxarıb. Yer kürəsi, belə demək mümkündürsə, qızarır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yer kürəsinin iqlimi hər il daha da anormal bir hal alır. Qlobal istiləşmə ölkəmizə və Yer kürəsinə neqativ şəkildə təsir etməkdədir. Belə ki, qlobal istiləşmə səbəbiylə dünya xəritəsinin dəyişmək ehtimalı var. NASA-nın yayımladığı istilik dalğalarını göstərən bu xəritə olduqca narahatlıq doğurur. Yay aylarında Belçika, Hollandiya və Almaniyada havanın istiliyi 40 dərəcəni aşaraq rekord qırdığı bir vaxtda İngiltərədə 38.7 dərəcə ilə ən yüksək səviyyəyə çatmışdı.
Yer kürəsinin hər tərəfini əhatə edən bir araşdırmaya görə, iyul ayı, dünyada bu günə kimi "qeyd edilmiş ən isti ay” ola bilər.
Alyaskada 6 gün ard-arda termometrlər 26 dərəcədən yuxarı rəqəmlər göstərərək daha əvvəlki rekordları qırdı. Rusiyanın şimalında Arktik bölgədə milyonlarla hektarlıq ərazidə yanğınlar baş verdi. Hindistanda su problemləri yarandı, Yaponiyada 5 min nəfər istinin təsiri ilə xəstəxanada müalicə edilir.
Digər bir tərəfdən, yüksək istiliklə birlikdə buzlaqlar əriyir və təəssüf ki, heç kim bunun qarşısını ala bilmir. Bəs belə davam edərsə, nələrlə qarşılaşacağıq?
Bütün buzlaqların əriyərsə, dəniz suyunun səviyyəsi 65 metrə qədər yüksələcək. Bu da ki, dəniz suyunun ətrafındakı quru ərazilərin dənizə qarışacağı anlamına gəlir.
Bu qorxunc ssenarinin reallaşdığı dünyanın orta istiliyi 14 dərəcədən 26 dərəcəyə qədər yüksələ bilər.
İngiltərəni nəzərdən keçirək. Ərimədən sonra vəziyyət necədir?
İrlandiya və İngiltərə sahilləri artıq su altında qalmağa başlayır, adalar kiçilir.
1880ci ilin xəritəsində o vaxtdan bəri keçən hər il sarı ləkələr artır və hətta qırmızıya çevrilir. Bəs bu nə anlam daşıyır?
Dünyadakı 6 300-dən çox hava stansiyası istifadə edilərək, 1880-ci idən bu günə qədər Yer kürəsinin istiliyini ölçən NASA elm adamlarının yayımladığı xəritə insanları heyrətləndirən səbəb olub.
Yeni təhlillərini açıqlayan NASA 2017-ci ilin XX əsrin sonlarından bu günə qədər ən isti 2-ci il olduğunu açıqlamışdı.
NASA-dan bildirilir ki, dünyanın hər hansı bir yerində orta istiliyin daha soyuq olmasına baxmayaraq, planetimizdəki istilik son 40 ildə gördüyümüz sürətli istiləşmə trendində davam edir. Bu isə, təhlükədən xəbər verir.
Şərhlər