Heç kimə demədiyiniz həqiqətlər əslində düşündüyünüzdən daha yorucu ola bilər. Psixoloqlara görə, sirləri başqalarından gizləməkdən daha çox,
Hər insanın ruhunda, açarını heç kimə vermədiyi xəyali bir sürmə mövcuddur.
Qaynarinfo-nun məlumatıpna görə, Melburn Universitetində aparılan son araşdırmalar göstərir ki, bu sürmədə topladığımız sirlər sadəcə bir "məlumat" deyil, əslində gündəlik ruh halımızın qurucusudur.
Minlərlə anket və gündəlik qeydləri əsasında aparılan təhlillər göstərir ki, orta yaşlı bir yetkinin ürəyində heç kimlə paylaşmadığı ən az beş dərin sirri var. Əgər bu siyahıya orta səviyyəli məxfilikləri də əlavə etsək, gizlədilən sirlər sayı doqquza qədər yüksəlir. Maraqlı olan isə, bu sirləri başqasından gizlətmək üçün sərf etdiyimiz enerji, onları öz içimizdə düşünərkən sərf etdiyimiz enerjidən çox azdır.
Psixoloqlar müəyyən edib ki, sirri əsl yorucu edən məqam "açıq verməmək" deyil, tək qaldığımız zaman zehinimizin davamlı olaraq həmin mövzuya qayıtmasıdır. Öz-özünə dönüb duran bu düşüncələr zamanla zehni yükə çevrilərək narahatlıq və depressiyanın qapısını aça bilər. Burada vacib fərq var: Əgər zehininiz bir sirrə nəzarətiniz olmadan, ani olaraq yönəlirsə, bu, güclü narahatlıq yaradır. Lakin həmin mövzunu şüurlu şəkildə, anlamlandırmaq üçün düşünməyə başlasanız, proses bir növ qəbul etməyə çevrilir və yaratdığı qaranlıq atmosfer yox olmağa başlayır. Yəni qaçmağa çalışdığımız hər sirr, zehinimizin qaranlıq guşələrində daha böyük bir canavara çevrilir.
Sirr kolleksiyamızda nələr var?
Araşdırmaya qatılan 240 könüllünün verdiyi məlumatlara görə, gizlətdiyimiz mövzular əslində o qədər də "unikal" deyil. İnsanların 78 faizi keçmişdə dedikləri bir yalanı ömür boyu gizli saxlamağı üstün tutur, 71 faizi isə xarici görünüşləri ilə bağlı narazılıqlarını heç kimlə paylaşmır. Bu siyahının davamında isə əsas başlıqlar aşağıdakılardır:
* Şəxsi maliyyə vəziyyəti ilə bağlı gizli həqiqətlər
* Heç kimə etiraf edilə bilməyən romantik arzular
* Cinsi üstünlüklər və davranışlara dair gizli məlumatlar
* Şəxsi uğursuzluqlar və ya xəyal qırıqlıqları
Alimlər bildirir ki, sir saxlamağın yaratdığı bu qapalı dövrü qırmaq, mövzunu şüurlu şəkildə masaya qoymaqla mümkündür. Araşdırmanın növbəti mərhələsi isə peşəsi etibarilə daim sir saxlamaq məcburiyyətində olan kəşfiyyat əməkdaşlarının bu ağır zehni proseslə necə başa çıxdığını təhlil etmək olacaq.
Aydın
Şərhlər