Xəbər lenti

Böyükağa Hacıyev palataya köçürüldü: Əməliyyatına icazə verilmir
İdman 23:07 09.02.2018

Böyükağa Hacıyev palataya köçürüldü: Əməliyyatına icazə verilmir

Beyin şişi, infarkt və insult diaqnozları ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı futbol mütəxəssisi Böyükağa Hacıyev ürəyindən əməliyyat olunub.

Qaynarinfo Futbol11.az-a istinadən xəbər verir ki, hazırda ürəyi 20 faiz işləyən Hacıyev Mərkəzi Klinik Xəstəxanadadır.

Son məlumata görə, Hacıyev reanimasiya şöbəsindən çıxarılıb və palataya yerləşdirilib. Onun səhhətindəki problemin əsas səbəbi beyin şişidir. Amma həkimlər beyin əməliyyatına icazə vermirlər. Çünki indiki vəziyyətdə bu, ölüm riskidir.

Məşqçinin durumu hazırda sabit qiymətləndirilir. Lakin təhlükənin hələ də davam etdiyi bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->