Xəbər lenti

Üç liderin Moskva görüşü Ermənistanın bu istəyinə son qoya bilər (ŞƏRH)
Siyasət 17:30 29.07.2021

Üç liderin Moskva görüşü Ermənistanın bu istəyinə son qoya bilər (ŞƏRH)

"Görüşdə yəqin ki, Ermənistan Azərbaycan münasibətlərinə kompleks toxunulacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan arasında hələlik tarixi məlum olmayan növbəti görüşün planlaşdırıldığı və ondan gözlənilən nəticələr barədə danışarkən deyib. Onun sözlərinə görə, bu görüşdə 10 Noyabr üçtərəfli razılaşmanın necə yerinə yetirildiyi müzakirə ediləcək: 

"Həm də son zamanlar iki dövlətin sərhədində baş verən insidentlər, xüsusən də Ermənistanın atəşkəsin pozulması ilə müşayiət olunan təxribatları müzakirə predmeti olacaq”. 
 
 

Həmsöhbətimizin qənaətincə, bu müzakirələr nəticəsində hansısa bir ortaq məxrəcə gəlmək mümkün ola bilər: 

"Hazırda vəziyyət daha da gərginləşməkdə davam edir. İrəvan məsələni mümkün qədər beynəlmiləlləşdirmək, dünyanın probleminə çevirmək və prosesə digər dövlətləri də cəlb etməyə çalışır. Bu məqsədlə də aranı qızışdırırlar. Moskvanı isə İrəvanın bu hərəkəti, onun digər dövlətləri də prosesə cəlb etmək cəhdləri narahat edir”. 

Politoloq qeyd edib ki, belə bir görüşün olmasında Kreml də maraqlıdır: 

"Rusiya prosesin öz nəzarətindən kənara çıxmasına yol verməmək üçün növbəti üçtərəfli görüşdə maraqlıdır. Fikrimcə, baş tutması ehtimalı böyük olan bu görüş hər halda İrəvanın düşündüyü taktikanı pozacaq. Həmin görüşlə Ermənistanın Fransa və başqa ölkələrin də bölgəyə gəlişi istəyinə son qoyula bilər. Görüşdə həmçinin, silh müqaviləsinin bir çox aspektləri də müzakirə edilə bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->