Şəbnəm Tovuzlu canlı yayımda biabır olub.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, bu gün "Xəzər TV"nin "Hər şey daxil” verilişində qonaq olan Şəbnəm Tovuzluya Səadət xanım adlı bir tamaşaçı zəng edərək, müğənnidən 4 il bundan əvvəlki borcunu tələb edib:
"O Şəbnəm var ey, Tovuzlu, ona de ki, 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı. Onun 40 manatını Tovuzda, "pavarotda” yanındakı ağdamlı kişidən alıb verdin, bəs o pulun qalanını nə vaxt qaytaracaqsan? Dedin ki, yerdə qalan 168 manatı da Bakıda verəcəm. 4 ildir o pulu vermir”.
Şəbnəm Tovuzlu qadını xatırladığını deyərək bildirib:
"Bu Şəbnəm sizə 4 min xeyir verib. Lap gəlin 1800 manat verim. Sizə ayıb olsun, ağbirçək adamsız”.
Şərhlər