Klonlaşdırmaq elmdə ən çox müzakirə edilən məsələlərdən biridir. Bəzi alimlər klonlaşdırmanın elm üçün böyük inkişaf olduğunu bildirsə də, digər qismi bunun qadağan qoyulmasını tələb edir. Başda Avropa ölkələri olmaqla bir çox yerlərdə klonlaşdırmaq qanun la qadağan olunub. Azərbaycan da o ölkələrdən biridir.
Modern.az-ın məlumatına görə, qadağalara baxmayaraq, bəzi elm adamları, həkimlər iznli və ya iznsiz bu istiqamətdə çalışmalarını davam etdirirlər.
Klonlaşdırma cinsiyyətsiz çoxalma üsulu ilə genetik quruluşu bir-birinin eyni olan canlıların yaradılması anlamına gəlir. İlk klonlaşdırma işləri 1980-ci illərdən başlanıb, ancaq bu sahədə ilk önəmli hadisə 1997-ci ildə qoyunun klonunun yaradılması ilə baş vermişdi. Bundan başqa, keçi, meymun, at, donuz kimi heyvanlar da klonlaşmış və uğurlu nəticələr ədə olunmuşdur.
Cənubi Koreyada ev heyvanlarını, əsasən də itləri klonlamaq ayrıca bir peşə sahəsidir. Doktor Vanq bu günə qədər saysız iti klonlayıb. Çində isə təkcə 2014-cü ildə 400-dən çox donuz klonlaşdırılıb.
İnsan klonlamaq qadağan edilib. Ancaq bu gün dünyada bu yolla doğulan insanların yaşadığı faktdır. İnsan klonlaşdırması ilə məşğul olan ilk həkim italyan Severino Antinori olub. İnsan klonlaşdırmasına qadağa qoyulmasına baxmayaraq, italiyalı mütəxəssis bəyanat yayaraq klonlaşdırma yolu ilə 3 körpə dünyaya gətirdiyini açıqlayıb. Uşaqlar Şərqi Avropada yaşayır, 9 yaşları var. Bu uşaqların ikisi oğlan, biri qız olaraq dünyaya gəlib.
Klonlaşdırma rəsmən Avstraliya, Kanada, Kolumbiya, bütün Avropa Birliyi, Ruminiya, Serbiya, İngiltərə, ABŞ və Hindistan da daxil olmaqla 31 ölkədə qadağan edilib. 15 ölkədə isə sadəcə insan klonlaşdırmaq qadağan edilib. Türkiyədə və bəzi başqa ölkələrdə belə bir qadağa yoxdur. Çünki bu sahədə işləyən elm adamı yoxdur.
Şərhlər