İdman 16:24 15.09.2021

Canni De Byazidən Ermənistan paylaşımı (FOTO)

Millimizin baş məşqçisi Canni De Byazi Ermənistanın paytaxtı İrəvanla bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, De Byazi sosial şəbəkə səhifəsində 2015-ci ilə aid foto paylaşıb. İtaliyalı müəxəssis fotoya alban, ingilis və italyan dilində "11.10.2015-ci il. Ailəyə dərin başsağlığı verirəm" sözləri ilə şərh yazıb. 

Mütəxəssis 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. Həmin fotonun da De Byazinin Albaniya millisi ilə Ermənistana səfəri zamanı çəkildiyi görünür.
 
 

Səbuhi Həsənov