1980-ci illərdə Avstraliyada milyonçu həyatı yaşayan Deyvid Qlaşiin pulunun böyük hissəsini birjada itirəndən sonra tropik adaya köçərək orada yaşamağa başlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, milyonlar itirən Qlaşiin 1997-ci ildən bəri ölkənin şərqindəki "Restoration" adasında yaşayır. Sevgilisi ilə adaya köçən Deyvid əvvəlcə burada 60 otaqlı hotel inşa etmək istəyir. Adanın yerli əhalisinin etirazı ilə bu planı reallaşdırmaq mümkün olmur. Kiçik daxmada yaşayan cütlüyün xoşbəxt həyatı da çox davam etmir və Qlaşiinin şəraitsizliyə dözməyən sevgilisi adanı tərk edir.
Burada yaşamağa qərar verən milyonçu 20 il ərzində köhnə daxmanı yeniləyib, günəş panelləri qurub və əraziyə internet xətti çəkdirib. Öz meyvə-tərəvəzlərini əkən Deyvidi iti Quasi tək qoymur.
Qlaşiin bildirir ki, ən böyük problemi tənhalıqdır. O, bu çətinliyin öhdəsindən gəlmək üçün özünə taxta və plastikdən model düzəldərək həyatına Quasi və cansız "qadın"la davam edir.
Gülşən
Şərhlər