Dünya 11:14 22.10.2019

Castin Trudou yenidən hökumətə rəhbərlik edəcək

Ötən gün Kanandada keçirilən parlament seçkilərinin nəticəsi bilinib.

Qaynarinfo xəbər verir ki, 338 yerlik İcmalar Palatasına keçirilən səsvermədə Baş nazir Castin Trudounun Liberallar Partiyası 156 yer əldə edərək üstünlük qazanıb, lakin hökuməti təkbaşına qurmaq üçün lazım olan 170 yeri qazana bilməyib. Mühafizəkarlar Partiyası 122 yerlə 2-ci sırada qərarlaşıb. 

Qeyd edək ki, hökumətə növbəti dəfə C.Trudounun rəhbərlik etməsi gözlənilir.

Gülşən