Xəbər lenti

Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - Dünya çempionatı
İdman 22:07 21.10.2018

Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - Dünya çempionatı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən güləşçilər mübarizə aparır. Təmsilçilərimizdən ikisi ilk, ikisi isə ikinci mərhələdən mundiala start verib.

Georgi Edişeraşvili uğurlu start götürüb. Avropa çempionu gərgin keçən ilk görüşdə Şimali Koreya təmsilçisindən üstün olub. İkinci qarşılaşma ağır keçib. Son dəqiqədə 2 xallıq fəndi hesabına 1/4 finala yüksəlib. Edişeraşvili bu mərhələdə ötən dünya çempionatının finalçısına uduzub.

Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını Kuba güləşçisiylə görüşdə çəkib.

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabıyla önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib. Həsənov sabah finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.

Şərif Şərifov 1/8 finalda iranlı rəqibiylə bacarmayıb.

57 kq

1/4 final - Georgi Edişeraşvili - Tomas Gilman (ABŞ) 0:4
1/8 final - Georgi Edişeraşvili - Sandip Tomar (Hindistan) *2:2
Təsnifat - Georgi Edişeraşvili - Kumsonq Kanq (Şimali Koreya) 11:6

65 kq

Təsnifat - Hacı Əliyev - Alexandro Valdes Tobyer (KUBA) 0:2

79 kq

FİNAL - Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (ABŞ)
1/2 final - Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İran) *3:3
1/4 final - Cəbrayıl Həsənov - Əli Şabanov (Belarus) 6:2
1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos ( Puerto Riko) 14:5

92 kq

1/8 final - Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İran) 0:7

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->