İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Qaynarinfo erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1541 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Şərhlər