Cəlilabad rayonunda modul tipli məktəbin tikintisi zamanı tarixi mədəniyyət nümunələri aşkarlanıb.
"Report"un məlumatına görə, Badamağacı kəndində qazıntı işləri həyata keçirilərkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkar olunub.
Bundan sonra müvafiq dövlət qurumunun əməkdaşları əraziyə yollanıb. Nəticədə salamat qalmış 1 saxsı qab və 2 saxsı qabın hissələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsi üçün götürülüb.
Eyni zamanda faktla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi məktub ünvanlanıb.
Şərhlər