Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Azərbaycanın xəbər saytlarında haqqında yayılan xəbərlərə reaksiya verib.
Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumatına görə, aktyor çəkildiyi reklam çarxında yol verdiyi texniki səhvin Azərbaycan mediasında işıqlandırılmasından xəbər tutaraq özünün twitter hesabında "Gözlərdən qaçmır ay balam!"-deyə sözügedən xəbəri qələmə alan jurnalistlərə söz atıb.
Qeyd edək ki, Cem Yılmazın çəkildiyi reklam çarxında qəzeti əlində əskində tutaraq oxuması haqqındakı xəbəri 724news.az xəbər saytı yaymışdı.
Qaynar.info
Şərhlər