Cem Yılmaz: Bir həftə Bakıda qala bilsəm, Miri Yusif kimi Xalq artisti olaram (FOTO)

Cem Yılmaz: Bir həftə Bakıda qala bilsəm, Miri Yusif kimi Xalq artisti olaram (FOTO)

25 ildən sonra ilk dəfədir ki, Bakıya gəlirəm. Hər kəs məni gözəl qarşıladı. Bu illər ərzində bir layihə ilə Azərbaycana dəvət olunmağımı gözləmişəm. Çünki kimsəni tanımadığımız üçün gəlməyə çəkinirdik. Ona görə də bu layihəni təşkil edənlərə təşəkkür edirəm.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur komediya ustası, aktyor Cem Yılmaz Bakıda keçiriləcək konsertindən əvvəl təşkil olunan mətbuat konfransında bildirib.


Cem Yılmaz azərbaycanlı sənətçilərdən Aygün Kazımova, Miri Yusif, İradə İbrahimovanı və gənclərdən Raufu tanıdığını açıqlayıb:

"Azərbaycanın mədəniyyətini öyrənmək üçün iki gün bəs eləməz. Bir həftə burada qalsam, azəricə danışa bilərəm. Əgər bu gün gözəl şou keçsə, bundan sonra bütün dostlarımı da Bakıya pulsuz olaraq gətirəcəyəm.  

Bu gün Bakını çox az gəzdim. Amma sabah gəzmək üçün vaxtım var. Sevilmək gözəl bir hissdir. Hər kəsin mənə qarşı münasibəti çox müsbətdir. İki gün sonra geri qayıdacağam, amma Bakı fikrimdə qalacaq. Növbəti gəlişimdə Bakını daha çox gəzəcəyəm.

Ümumiyyətlə, Bakını çox sevdim. Hətta dostlarımdan Bakıdan mənə tar almağı xahiş etdim. Onu çalmağı öyrənəcəyəm.

Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olacağam. İradə İbrahimovanı, Aygün Kazımovanı və gənclərdən isə Raufu tanıyıram. Yaşlı nəsil sənətçilərinizdən də tanıdıqlarım var”.

Şoumen bilet qiymətləri ilə bağlı sualı cavablandırarkən Tarkana da söz atmağı unutmayıb:

"Tarkanla orqanik bir bağımız var. Bilet qiymətləri açıqlananda insanlar öncə Tarkanın gələcəyini düşünüblər. Çünki o qiymətə görə ağıla ilk Tarkan gəlir. Şoumda sənət dostlarımdan da danışacağam.

Təəssüflər olsun ki, azərbaycanlı komediya sənətçilərindən kimsəni tanımıram. Amma bundan sonra onlar haqqında maraqlanaram.

Türkiyədə isə küsülü olduğum məşhur yoxdur. Öz işimlə bağlı olaraq rəqabət apardığım kimsə də yoxdur. Çünki artıq yaşım o yaş deyil. Gözəl işlər həyata keçirən gəncləri çox sevirəm.

Azərbaycanlı aktyorla birlikdə film çəkmək istəyərəm. Elə bir layihə olsa, çox şad olaram. Yalnız komediya filmi olmaya da bilər. Başqa bir mövzuda da film çəkə bilərik”.

İkinci dəfə Bakıya gəlməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, Cem Yılmaz deyilənlərin yalan olduğunu bildirib:

"İlk dəfədir Bakıya gəlirəm. Yazılanlar şayiələr idi. Budəfəki çıxışımda Azərbaycanla bağlı nələrəsə yer ayırmayacağam. Son altı ildə həyatımda baş verənlərdən danışacağam. Amma ikinci dəfə gəlişimdə ölkənizlə bağlı zarafatlar edə bilərəm. İnsan sevdiyi şeylərin zarafatını edər”.

Şoumen 7 yaşlı oğlu Kemalın onun yolunu davam etdirmək istəmədiyini də qeyd edib:

"Əgər oğlum mənim yolumla getmək istəsə, ona mane olmağa çalışaram. Pul qazanmaq lazımdırsa, mən bunu edərəm”.
XƏBƏRLƏR
BLOGLAR