Xəbər verdiyimiz kimi, Milli Şuranın adı ilə sanksiyasız aksiya keçirən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onların arasında Əli Kərimli və Cəmil Həsənli də olub.
Qaynarinfo-nun musavat.com-a istinadən məlumatına görə, gecə saatlarında Cəmil Həsənli sərbəst buraxılıb. O da dərhal sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.
Səhhəti ilə əlaqədar polis idarəsinə təcili yardım maşınının gəlməsi haqda danışan Cəmil Həsənli hazırda yaxşı olduğunu bildirib.
O, AXCP sədrinin hələ də Səbael Rayon Rayon Polis İdarəsində saxlanıldığını təsdiqləyib.
Şərhlər