Siyasət 13:48 03.09.2013

Cəmil Həsənlinin namizədliyi qeydə alınacaqmı? -AÇIQLAMA

“Cəmil Həsənlinin namizədliyinin qeydə alınmaması üçün heç hüquqi əsas yoxdur”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. 

O bildirib ki, hazırda imzatoplama kampaniyası davam edir: “Bir neçə günə 45 min imza toplanıb təhvil veriləcək. Cəmil Həsənlinin mülkiyyətlə, əmək haqqı ilə bağlı sənədləri Mərkəzi Seçki Kommisiyasına (MSK) təhvil veriləcək. Buna görə də onun namizədliyinin qeydə alınmaması əsassız olacaq. Güman etmirəm ki, MSK Cəmil Həsənlinin namizədliyini qeydə almayacaq. Toplanan imzalar Müsavat Partiyasının qərargahında yoxlanılır. İmzalarla bağlı təsadüfi səhvlər aradan qalıdırılır. Hesab edirəm ki, biz imzaları vaxtında təhvil verə biləcəyik”.

G.Aslanlı imzatoplama zamanı hansısa problemlə üzləşmədiklərini qeyd edib: “2009-cu ilin referendumu zamanı üzləşdiyimiz təzyiqlər indiki halda yoxdur”.

İlkin
Qaynar.info