
“Fənərbahça"nın UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Püşkatmanın nəticəsinə əsasən, İstanbul təmsilçisi 8 fərqli komanda ilə qarşılaşacaq:
* “Liverpul” – evdə
* "Atletiko Madrid” – səfərdə
* "Roma” – evdə
* “Aston Villa” – səfərdə
* “Vilyarreal” – evdə
* “Şaxtyor” – səfərdə
* “Slaviya Praqa” – evdə
* LASK – səfərdə
2026/27 mövsümündə Çempionlar Liqasının liqa mərhələsində 36 komanda iştirak edir. Hər klub 8 fərqli rəqiblə – 4 evdə və 4 səfərdə – qarşılaşacaq. İlk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək, 9-24-cü yerləri tutanlar isə pley-off oynayacaq.
“Fənərbağça" 18 ildən sonra yenidən turnirin əsas mərhələsində mübarizə aparacaq.
Aydın