Xəbər lenti

Çempionlar Liqası:
İdman 21:52 30.07.2025

Çempionlar Liqası: "Qarabağ" ikinci oyunda da qələbə qazandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn”a (İrlandiya) qalib gələn "Qarabağ” növbəti raunda adlayıb.

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda "köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şelburn”u mübarizədən kənarlaşdıran "Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda "Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab görüşü

30 iyul
Qarabağ (Azərbaycan) - Şelburn (İrlandiya) 1:0
Qol: Ceyms Norris, 44 (avtoqol).
Dəqiq olmayan penalti: Kadi, 67.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdulla Zubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 97. Fabian Buntiç (q), 3. Sami Mmae 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Şelburn: 13. Vessel Spil, 4. Kameron Ledvic, 5. Ellis Çapman, 8. Mark Koyle, 10. Con Martin, 11. Ademipo Odubeko, 15. Sam Bon, 17. Daniel Kelly, 18. Ceyms Norris, 23. Kerr Maklnroy, 24. Levis Temple.
Ehtiyat oyunçular: 13. Lorkan Hili (q), 50. Ali Topçu (q), 2. Çon Qannon, 6. Conatan Lunni, 7. Harri Vud, 9. Şean Boyd, 14. Alister Kute,16. Con O'Sullivan, 27. Evan Ceffri, 29. Patrik Barret, 44. Daniel Rinq.
Baş məşqçi: Coe O'Brayn.
Baş hakim: Andre Kolombo (İtaliya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 3:0.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->