Xəbər lenti

Tulin Ələkbərova yumruğa görə cəzalandırıldı
Ölkə11:09 30.07.2025

Tulin Ələkbərova yumruğa görə cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xuliqanlıqda ittiham olunan kikboksçu Tulin Ələkbərovanın mühakiməsi başa çatıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.
Tulin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.
Bu əməlinə görə Tulinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.
Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tulinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.//Qafqazinfo