Xəbər lenti

Çempionlar Liqası: "Sabah" rəqiblərini BOS-da qəbul edəcək
İdman09:13 05.09.2026

Çempionlar Liqası: "Sabah" rəqiblərini BOS-da qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.

Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

"Sabah"ın ev oyunlarının təqvimi belədir:

II tur

13 oktyabr

20:45. "Sabah" – "Slaviya" (Çexiya)

III tur

20 oktyabr

20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)

V tur

25 noyabr

21:45. "Sabah" – "Barselona" (İspaniya)

VII tur

20 yanvar

21:45. "Sabah" – "Napoli" (İtaliya)

Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Mançester Yunayted" (İngiltərə) ilə noyabrın 10-da, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.