Xəbər lenti

Cənazə namazında şok olay
Dünya 21:45 12.12.2012

Cənazə namazında şok olay

İnsanladan biri vəfat edən mərhuma halallıq vermədiyini dedi

Türkiyənin bölgələrinin birində vəfat edən bir şəxsin cənazə namazında şok olay yaşanıb. Moderator.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, mərhumla vida mərasimində molla oradakılardan mərhuma olan haqlarını halal etməsini istəyib. Bu zaman insanların arasından bir nəfər qabağa çıxaraq "Mən halallıq vermirəm" deyə qışqırmağa başlayıb. Molla isə buna cavab olaraq, "O dünyada hesablaşarsız" deyə bildirib. Ancaq həmin şəxs yenə də sakitləşməyərək bildirib ki, mərhum onu qoyunlarını zəhərləyib öldürüb. Ona görə də ona halallıq vermir. Mərhumun yaxınları həmin şəxsi mərasimdən qovublar.
Olayı bu videoda izləyə bilərsiz.


 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->