Cənubi Afrikanın KvaZulu-Natal əyalətində sel və torpaq sürüşməsi 70 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət əyalətdə məktəb, iş yerlərinin bağlanmasına, qatar səfərlərinin dayanmasına səbəb olub. Şiddətli yağışlardan sonra mindən çox insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Gülşən
Şərhlər