Dünya 12:08 28.01.2018

Cənubi Kiprdə prezident seçkiləri keçirilir

Bu gün Cənubi Kipr Respublikasında prezident seçkiləri keçirilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 550 min 876 seçicinin olduğu ölkədə 9 namizəd prezidentlik üçün yarışır. Namizədlər arasında son 5 ildə ölkəni idarə etmiş Nikos Anastasiadisin də adı var və o, əsas namizəd hesab olunur. Seçkilər səbəbilə ölkədə təhlükəsizlik tədbirləri artırılıb. 

Prezident seçilmək üçün azı 50% səs qazanmaq lazımdır. Nəticə belə olmasa, ən çox səs toplayan 2 namizədin iştirakı ilə 2-ci tur keçiriləcək. 

Bakı vaxtı ilə saat 09:00-da start götürən seçkilər 20:30-da yekunlaşacaq.

Gülşən