Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunda körpünün çökməsi nəticəsində iki fəhlə ölüb, yeddi nəfər yaralanıb.
"Report” xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilsə də, sonradan bu rəqəmə yenidən diqqət yetirilib.
Qeyd edək ki, qəza səhər saat 9:50 radələrində (Bakı vaxtı ilə 04:50) Seuldan təxminən 80 kilometr cənubda, Seul-Sejonq ekspress yolunun bir hissəsinin tikintisində baş verib.
Şərhlər