Xəbər lenti

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi
Siyasət 11:24 20.10.2020

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

20 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı baş tutub. Nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti verib.
 
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verdi. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb. 

Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə edib. 

Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu bildirib. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->