Xəbər lenti

Ceyhun Bayramovun Ankara səfəri:
Siyasət 14:11 31.07.2023

Ceyhun Bayramovun Ankara səfəri: "Mühüm mesajlarla gedib"

"Bu səfər iki ölkə arasında bir çox məsələləri kordinasiya etmək məqsədi daşıyır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfərini şərh edərkən deyib: 

Onun fikrincə, iki ölkə arasında müzakirə olunası bir çox məsələlər var:

"Ceyhun Bayramovun səfəri Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutub. Tərəflər arasında müzakirə olunası bir çox məsələlər var. Bunun da əsasında xarici siyasətdə bir çox məsələləri kordinasiya etmək məsələsi durur. İndiki vəziyyətdə bu çox önəmlidir. Danışıqlarda həmçinin, Azərbaycan - Ermənistan münasibətləri, Qarabağ və Laçın sərhəd-keçid məntəqəsində baş verən hadisələrin müzakirəsi də əsas yer alacaq. Bu məsələdə Ankara və Bakı kordinasiyalı şəkildə hərəkət edir”. 



Həmsöhbətimizə görə, səfər çərçivəsində Türkiyənin Azərbaycanda hərbi mövcudluğu da müzakirə edilə bilər: 

"Vəziyyət daha da mürəkkəbləşir. Belə vəziyyətdə Türkiyənin çəkindirici güc olaraq Azərbaycanda mövcud olması daha vacib xarakter almağa başlayıb. Regionda Rusiya, Fransa, İranın timsalında vəziyyəti mürəkkəbləşdirməyə çalışan dövlətlər var. Bayramovun səfərinin də bu ərəfədə baş tutmasının səbəblərindən biri də fikrimcə budur”. 

Ekspertin fikrincə, Türkiyənin Şuşada konsulluğunun açılması da müzakirə edilə bilər: 

"İndiki vəziyyətdə bu konsulluğuna açılması bəlkə də ən əhəmiyyətli siyasi gediş olardı. Zəngəzurda İran, Rusiya və Fransa konsulluq açmaq niyyətini ortaya qoyursa, nəyə görə Türkiyə də Şuşada anoloji addım atmasın?” 

Qeyd edək ki, iyulun 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Onun prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşü gözlənilir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->