Xəbər lenti

Ceyhun Bayramovun Məhəmməd Cavad Zəriflə telefon danışığı olub
Siyasət 02:17 28.09.2020

Ceyhun Bayramovun Məhəmməd Cavad Zəriflə telefon danışığı olub

Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Qaynarinfo-ya verilən məlumata görə, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək,  bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib. O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verdi və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->