Azərbaycan vətəndaşlarının Türkiyədəki bələdiyyə seçkilərini həssaslıqla izləməsi bəzən tənqid olunur. "Qonşu dövlətdə baş verənlərin bizə nə dəxli var?” tipli suallara haqq da qazandırmaq olar hardasa. Amma unudulmamalıdır ki, Türkiyə Azərbaycanla qardaş ölkədir və ölkələrin birində baş verən istənilən olay digərində həyacanla təqib edilir. Amma səbəb təkcə budurmu?
Sabiq millət vəkili Ceyhun Osmanlı düşünür ki, Türkiyədəki seçkilərin ölkəmizin hətta aktiv siyasətlə məşğul olmayan təbəqələri tərəfindən də böyük maraqla izlənməsinin digər özəl səbəbi var.
Sfera.az-ın məlumatına görə, Ceyhun Osmanlı hesab edir ki, bu maraq həm də azərbaycanlıların İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatlığın ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan dövləti Türkiyəyə yatırılan xarici sərmayələrin çəkisinə görə liderdir. Eyni zamanda Azərbaycandan olan iş adamları İstanbula olan yatırımlara, xüsusən də daşınmaz əmlak yatırımlarına böyük maraq göstərirlər.
Onun "Facebook" sosial şəbəkəsində mövzuyla bağlı yazdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:
"Azerbaycan vatandaşları neden Türkiye'de olan seçimleri bu kadar iyi takip ediyor?” sorusuna basit ve somut bir cevap: İnsanlar takip etmekte haklı. Çünki İstanbula olan yatırımda Azerbaycanlılar ilk sırada. Türkiye genelinde olan yatırımlarda Azerbaycan devleti 1-ci. Tabii ki, yatırımların ne kadar güvenli ellerde olup - olmadığını düşünmek Azerbaycan vatandaşının ve devletinin doğal hakkı".
Şərhlər