Dünya 10:41 04.02.2018

CHP-nin sədri seçildi

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri seçilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, partiyanın 36-cı qurultayında sədrlik üçün Kamal Kılıçdaroğlu və Yalova millətvəkili Məhərrəm İncə yarışıb. Qeydə alınan keçərli 1237 səsdən 790-nını qazana bilən Kılıçdaroğlu yenidən CHP-nin rəhbəri seçilib. İncə isə 447 səs toplayıb. 

Nəticələr açıqlanandan sonra Kamal Kılıçdaroğlu qurultayda nitq söyləyib. O, partiya nümayəndələrinə təşəkkür edərək "Bu ölkənin hər fərdinin haqqını, hüququnu qorumaq, ədaləti təmin etmək üçün mübarizə aparacağıma söz verirəm" fikrini səsləndirib. 

Gülşən