Dünya 10:55 21.05.2019

"Christchurch" qatili terrorizmdə ittiham ediləcək

Yeni Zellandiyada 5 martda 2 məscidə silahlı hücum təşkil edərək 51 nəfəri qətlə yetirən Brenton Tarrant terrorizmdə ittiham ediləcək.

Qaynarinfo xəbər verir ki, ölkə rəsmiləri məsələ ilə bağlı bu gün məlumat yayıb.

"Christchurch" şəhərindəki məscidləri hədəf alan Avstraliya vətəndaşına həmçinin 51 nəfəri öldürmək, 40 nəfəri öldürməyə cəhd etmək ittihamları da irəli sürülüb.

Gülşən