Ölkə 14:50 02.08.2021

Cil kəndində 10 minlik qızıl oğurlandı

Lənkəranda evdən 10 min manatlıq oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, Lənkəran rayonu Cil kəndində evlərin birində Talıbov Mirməmmədə məxsus evdə dəyəri 10 min manata yaxın qızıl-zinət əşyaları oğurlanıb. Hadisə iki gün əvvəl gecə saatlarında baş verib. 

Faktla bağlı Lənkəran RPİ əməkdaşları tərəfindən araşdırma aparılır.

Əhməd