Novxanıda yerləşən "Amore" çimərliyində qarğıdalı satan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, çimərlikdə dincələn C.B. adlı qadının "Xiaomi Redmi" markalı mobil telefonu oğurlanıb.
Belə ki, qadın paltarlarını və çantasını qumun üzərində qoyaraq dənizə girib. Geri qayıdanda çantanın ağzının açıq, paltarların dağınıq olduğunu və mobil telefonunun oğurlandığını görüb.
Aparılan araşdırma zamanı telefonunun ərazidə qarğıdalı satan 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş M.V. tərəfindən oğurlandığı müəyyən edilib.
Həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə 1 ay 10 günlük həbs edilib.
Aydın
Şərhlər