Çin şirkəti Saxalindən (Rusiya) müalicəvi palçıq tədarükünə dair ilk ixrac müqaviləsini imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin (RİM) rəhbəri Veronika Nikişina RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya xarici bazarlarda yerli kosmetika və gözəllik sənayesinin digər məhsullarını təşviq edir. Bununla yanaşı, Krım və Saxalinin müalicəvi palçıq da daxil olmaqla unikal təbii ehtiyatları da xarici alıcıların marağına səbəb olur.
"Bu yaxınlarda Saxalin Çin şirkəti ilə müalicəvi palçıq tədarükünə dair ilk ixrac müqaviləsini imzalayıb", deyə RİM rəhbəri qeyd edib.
Nikişina qeyd edib ki, qeyri-xammal ixracına dəstək çərçivəsində "Rusiyada hazırlanıb" adlı gözəllik qutusu layihəsi həyata keçirilir. Layihə artıq Birləşmiş Ərəb Əmirlikləri, Çin və MDB ölkələrinin bazarlarına çıxıb.
Aydın
Şərhlər