Xəbər lenti

Çin Ukrayna mühərrikləri ilə təchiz olunan
Dünya 11:20 29.10.2025

Çin Ukrayna mühərrikləri ilə təchiz olunan "Falcon" təyyarəsini modernləşdirdi

Çin JL-10 adlı reaktiv təlim–məşq təyyarəsinin yenilənmiş versiyasını təqdim edib. 

Qaynarinfo "Militarnyi” portalına istinadla yazır ki, məlumata görə, bu versiya bazadakı modeldən bir sıra konstruktiv fərqlərlə seçilir.

Modernləşdirilmiş JL-10 həmçinin L-15 "Falcon” kimi tanınır. Məqalədə qeyd olunur ki, təyyarənin ilkin versiyasında Ukraynada istehsal olunan reaktiv mühərriklərdən istifadə olunurdu — Çin bu mühərrikləri bir neçə il əvvəl satın almışdı.

Təyyarə tədqiqatçısı @RupprechtDeino və hərbi kanal Clash Report tərəfindən paylaşılan fotolara əsasən, yenilənmiş versiyanın əsas fərqi — bir əvəzinə iki şaquli quyruq stabilizatorunun (kil) olmasıdır. Bununla belə, görüntülərin keyfiyyəti yeni modeldə hansı tip reaktiv mühərrikin quraşdırıldığını dəqiq müəyyən etməyə imkan vermir.

"Şəbəkədə ehtimal edilir ki, təqdim olunan təyyarə sınaq uçuşlarının ilk mərhələsində çəkilmiş prototip ola bilər”, – deyə jurnalistlər yazırlar.

Çin hakimiyyəti bu layihə barədə rəsmi şərh verməyib, təyyarənin inkişaf mərhələsi və ya modifikasiyası barədə məlumatlar da açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl Çin "Şahed” tipli zərbə dronlarına bənzər pilotsuz aparatların kütləvi buraxılışını nümayiş etdirmişdi. Çin televiziyası altı konteynerdən ibarət dron buraxılış sistemlərini əks etdirən süjet yayımlamışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->