
Əməkdar artist Çingiz Əhmədov tənqid olunub.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun efirlərin birində "köhnə qadınlar gəlini gətirib işlədirlər" fikirləri olub. Aktyor gəlinlərin getdikləri evdə işlədilməsinin əlehinə olduğunu vurğulayıb:
"Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb içirəm".
Aktyorun bu fikirləri sosial şəbəkədə müzakirə olunub. Qadınların bəziləri “gəlin olan evdə qaynana niyə iş görməlidir" deyə Əməkdar artistin fikirlərinə etiraz ediblər.
Çingiz Əhmədov Qaynarinfo-ya açıqlamasında bunları deyib:
"Nə istəyirlər desinlər, mən onlara cavab vermək istəmirəm. Buna ehtiyac görmürəm. Amma adam var gəlini gətirir ki, hər gün ona çay versin".
Bahar Rüstəmli