Alman avtomobil istehsalçıları BMW və "Mercedes-Benz"in Çində satışları dəbdəbəyə olan tələbatın azalması və Pekinlə Avropa İttifaqı arasında qarşıdurma fonunda kəskin şəkildə azalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat
yayıb.
Agentliyin məlumatına görə, BMW və mini avtomobillərinin satışı təxminən 30% azalıb. Bu, son üç ilin ən kəskin enişidir. "Mercedes"in satışları "S-Class" və "Maybach"a tələbin az olması səbəbindən 13% azalıb.
"Bloomberg" qeyd edir ki, Çin və Avropa İttifaqı arasında intensivləşən ticarət-iqtisadi qarşıdurma səbəbindən vəziyyətin daha da pisləşməsi ehtimalı var.
Oktyabrın əvvəlində Aİ ölkələri Avropa Komissiyasının (AK) Çindən elektriklə işləyən avtomobillərə idxal rüsumunun tətbiqi ilə bağlı qərarını dəstəkləyib. Söhbət növbəti beş il ərzində Çindən elektriklə işləyən avtomobillərin idxalı tariflərinin oktyabrın 31-dən 45%-ə qədər artırılmasından gedir. Avropa Komissiyası hesab edir ki, rüsumlar bazarda "ədalətli rəqabət” üçün zəruridir.
Aydın
Şərhlər