ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.
Qaynarinfo-nun "The Hill”ə istinadən verdiyi xəbərə görə, Bayden administrasiyası aprelin 26-da Konqresi "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə məlumatlandırıb.
Bildirişdə ABŞ dövlət katibi Entoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağ nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb.
"ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir”, - deyə bildirişdə E. Blinken təsdiqləyib.
Şərhlər