Bu gün ilk dəfə BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Co Bayden mühüm açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, Bayden İsrail və Fələstin münaqişəsindən danışarkən, İsrail nümayəndə heyəti üçün ayrılmış yerlərin boş olması diqqət çəkib.
Bayden şiddətin Yaxın Şərqdəki münaqişələr üçün yeganə variant olmadığını vurğulayıb: "Müstəqil bir yəhudi dövlətinə dəstəyimiz açıqdır. Ancaq, İsrailin demokratik bir yəhudi dövləti olaraq gələcəyi üçün ən yaxşı yol demokratik bir Fələstin dövləti ilə birlikdə ikili bir həll yolu tapmaqdır . Bu həll yolu üçün hazırda çox iş görməliyik".
Lakin bu çıxış zamanı İsrail nümayəndə heyəti salonda olmayıb.
Q.R
Şərhlər