Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında keçirilən danışıqların nəticəsinə reaksiya verib. Onun sözlərinə görə, Putin qeyd-şərtsiz atəşkəsə razılaşmaqdan imtina edir.
Qaynarinfo xəbər verir ki, o bu barədə X platformasında yazıb.
"Nə sürpriz – Putin qeyd-şərtsiz atəşkəsi rədd edir. O, günahsız ukraynalıları bombalamağa və öldürməyə davam etmək istəyir", – Conson qeyd edib.
Onun fikrincə, Rusiya rəhbəri Ukraynanı Rusiyanın vassal dövlətinə çevirmək istəyir və Ukraynanın müttəfiqlərini ələ salır.
"O, Ukraynanı silahsızlaşdırmaq istəyir. O, Ukraynanı neytrallaşdırmaq istəyir. O, Ukraynanı Rusiyanın vassal dövlətinə çevirmək istəyir. O, danışıqlar aparmır. O, bizə gülür", – deyə Conson bildirib.
Alpər
Şərhlər