COVID-ə yoluxan tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının səhhəti normallaşmağa doğru gedir.
Bu barədə Qaynarinfo-ya o özü məlumat verib. O, kritik vəziyyətinin geridə qaldığını deyib:
"Bu o demək deyil ki, tamam yaxşılaşmışam. Müalicə davam edir, xeyli irəliləyiş var. Ciyərlərim müxtəlif sistemlərlə yuyulur və hələ iki həftə proses davam edəcək”.
Qeyd edək ki, bir neçə gün öncə tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının vəziyyəti ağırlaşıb. O, noyabrın 30-da təcili yardımla Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.
Bahar Rüstəmli
Şərhlər