"Hazırda ölkəmizdə koronavirusun delta variantı yayılmaqda davam edir. Delta variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcimli zədələnməsi ilə müşahidə edilir”.
Qaynarinfo xəbər verir ki, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, KT müayinəsində ağciyərlərin 70, 80 hətta 90% zədələnməsi aşkar edilir:
"Delta variantı cavan şəxlərdə yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir”.
İnfeksionist bildirib ki, son həftələrdə cavan şəxslərin daha tez ağırlaşması müşahidə edilir.
Bahar Rüstəmli
Şərhlər