Xəbər lenti

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
İdman 19:51 01.11.2019

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasındakı keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çopanova məğlub olub.

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi 60 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->