Dünya 12:37 16.04.2019

Culian Assanc edam olunmayacağı ölkəyə təhvil veriləcək

İngiltərə "WikiLeaks" qurucusu Culian Assancı edam edilməyəcəyi ölkəyə təhvil verəcək.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya xarici işləri katibi Ceremi Hant və sabiq dövlət katibi Boris Conson bu barədə Ekvador Prezident Lenin Morenoya zəmanət verib. Bununla bağlı 7 mart və 8 avqust 2018-ci illərdə məktub göndərilib. 

Qeyd edək ki, Culian Assanc 11 apreldə Ekvadorun Londonda yerləşən səfirliyindən çıxarılıb və həbs edilib. O, ABŞ və bir çox ölkəyə məxsus məxfi məlumatları paylaşmaqda ittiham edilir.

Gülşən