Bildiyiniz kimi, bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
Bunu nəzərə alaraq Sport7.az idman federasiyaları və Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəsmi sayt və "facebook" səhifələrində araşdırma aparıb.
Dövlətimiz, millətimiz üçün böyük əhəmiyyət kəsb edən bu bayram federasiya və klubların da diqqətindən yayınmayıb. Müşahidələrimiz onu göstərdi ki, onlarının hər birinin rəsmi sayt və "facebook" səhifələrində xalqımıza bayram təbriki ünvanlanıb.
Qeyd edək ki, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.
Röya Kərimli
Şərhlər