Xəbər lenti

Üçüncü Dünya Müharibəsi bəşəriyyətin qapısını döyür...
Dünya 19:18 29.01.2018

Üçüncü Dünya Müharibəsi bəşəriyyətin qapısını döyür...

XX əsrdə hərbi-texniki inkişaf, yeni silahlar və supergüclər arasında artan ziddiyyətlər Birinci və İkinci Dünya müharibələrinin baş verməsinə səbəb oldu. Təxminən 100 milyon insanın öldüyü bu müharibələr bəşəriyyəti bir daha ehtiyatı əldən verməməyə, dağıdıcı gücə malik nüvə silahlarından imtina etməyə və ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə səsləyirdi.

ABŞ və Sovet İttifaqı arasındakı "Soyuq müharibə", xüsusilə 1962-ci ildə dünyanı nüvə müharibəsinin astanasına gətirən Karib böhranı ciddi xəbərdarlıq siqnalı idi.

XXI əsrdə Qərbdə yeni dünya müharibəsinə inananların sayı az deyil.  Amerikalıların 64 faizi, britaniyalıların 61%-i gələcəkdə yeni qlobal müharibənin olacağından əmindir.

Suriyada davam edən müharibəyə qlobal güclərin də qatılması, Əfqanıstanda Talibanın aktivliyi, Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi və Rusiya-ABŞ münasibətlərindəki gərginlik beynəlxalq gündəmi Üçündü Dünya Müharibəsi kabusu ilə yaşamağa vadar edir.

Növbəti qlobal münaqişə - Üçüncü Dünya Müharibəsinin başlanması üçünsə 3 əsas istiqamət var. Bu barədə Qərb mətbuatında çoxsaylı analizlər və proqnozlar var.

Bunlar – Ukrayna münaqişəsinə görə Qərb-Rusiya qarşıdurması, Suriyadakı müharibə və böyük güclərin bu ölkədə toqquşma riski və Asiyada Şimali Koreyanın nüvə proqramı ilə Çinin artmaqda olan nüfuzudur.

Asiya-Sakit okeanı regionundakı Çinin ABŞ-la münasibətləri, üstəgəl Rusiya ilə rəqabəti, Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginlik nəticələri daha təhlükəli edə bilər. Hələ nəzərə alaq ki, Şimali Koreya ABŞ-la, Yaponiya ilə az qala müharibə vəziyyətindədir. Bu azmış kimi, Yaponiyanın Rusiya ilə ərazi mübahisələri mövcuddur.

Bu fonda Ukraynanın müdafiə nazirinin sabiq birinci müavini, istefada olan general-polkovnik Anatoli Lopatanın müsahibələrindən birində Üçüncü Dünya Müharibəsi ilə bağlı verdiyi proqnoz çox maraqlıdır.

"Üçüncü Dünya Müharibəsi baş versə belə, bu, Yerdə olmayacaq. Kosmosda olacaq. İkinci Dünya Müharibəsi kosmosda aparılmırdı, amma Üçüncü Dünya Müharibəsi başlasa, bu, yeni müstəvidə olacaq - kosmosda aparılacaq. Düşünürəm ki, 50 il sonra kosmosda müharibələrin olması mümkündür"-deyə əlavə edib”.(modern.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->